Home » Tibbi avadanlıqların idxalında artım müşahidə olunur

Tibbi avadanlıqların idxalında artım müşahidə olunur

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Respublikamıza fevral ayında idxal edilən tibbi avadanlıqların həcmində yanvar ayına nisbətdə 27%-dən çox artım müşahidə olunub. Bu barədə gömrük komitəsinin dövri olaraq açıqladığı hesabatda göstərilib. Belə ki, yanvar ayında ölkəyə daxil olan Optik, fotoqrafik, kinematoqrafiya, ölçü, nəzarət, ən dəqiq, tibbi və ya cərrahiyyə alətləri və aparatları,eləcə də onların hissələri və ləvazimatları ümumilikdə 10.9 milyon ABŞ dolları civarında ikən, fevral ayında bu göstərici 13.8 milyon dolları ötüb.

Sözügedən avadanlıqların ixracında da artan tendensiya müşahidə olunur. Belə ki, yanvar ayında 1 milyon 685 min, fevral ayında isə 496 min ABŞ dolları olmaqla, iki ayda ümumilikdə 2 milyon 181 min ABŞ dolları həcmində tibbi avadanlıq ixracı həyata keçirilib. Ötən ilin müvafiq dövrünə nəzər saldıqda isə, bu göstəricinin 1 milyon 465 min ABŞ dolları civarında olduğunu müşahidə edə bilərik.

Diqqəti cəlb edən digər bir məqam isə yeyinti məhsulları idxalı göstəricisinin fevral ayı ərzində 25%-ə qədər artaraq 96.4 milyon dollardan 120.2 milyon dollar civarına yüksəlməsi olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.