Home » “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib

“Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

12 mart tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib.

İclas zamanı bank qarantiyalarının uçotunun aparılması, qarantiya üzrə benefisiar qarşısında öhdəliklərin icra olunması qaydaları, qarantiyalara xitam verilməsi, tələblərin ödənilməsi prosedurları, vergi şərtləri və digər bir sıra məsələlər müzakirə edilib.

Əsas müzakirə mövzularından biri respublikadaxili tender qarantiyalarının müddətindən əvvəl geri qaytarılması və tender üzrə qalib olan və olmayan şirkətlər barədə məlumatın banklar tərəfindən əldə edilməsi olub. İclas nəticəsində sözügedən mövzu ətrafında müvafiq qurumlarla fikir mübadiləsi aparılması və yekunda ABA tərəfindən müvafiq müraciətlərin hazırlanması qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.