0

16 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Legion Financial” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025464 |
| Səhmlərin növü və forması | Səhmlər sənədsiz adlı, adi |
| Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
| Səhmlərin sayı | 5,500 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| Buraxılış həcmi | 550,0000 manat |
| Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
| Anderrayter | “Unicapital İ.Ş.” ASC |







