Home » “TİPx: Transformativ dövr” konfransı keçiriləcək

“TİPx: Transformativ dövr” konfransı keçiriləcək

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti konfrans keçiriləcək.

“TİPx: Transformativ dövr” konfransında tələbələr karyera planlaması barədə məlumat əldə edəcək, əmək bazarına inteqrasiya olmaqda peşəkarların təcrübə və tövsiyələri ilə tanış olacaqlar.

Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək konfransda müxtəlif ali təhsil müəssisələrində təhsil alan 100-dən çox tələbə, müəllim heyəti və ekspertlər iştirak edəcək.

Konfransın spikerləri tərəfindən “Sabit məqsəd və kritik yol”, “Müvəffəqiyyətin inşası: memar sizsiniz”, “Orbitində uğur: məqsəd, hazırlıq, əzm”, “Atomik vərdişlər: kiçik dəyişikliklər, əlamətdar nəticələr” kimi mövzularda təqdimatlar ediləcək.

Tədbir 28 sentyabrda baş tutacaq və saat 15:00-da başlayacaq.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1Pt1H6PGY90ZKxQr9wXe74vicK01kYlNSIfesKfMHvac/edit

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.