Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və “Visa inc.” beynəlxalq ödəniş sisteminin dəstəyi ilə 28 sentyabr 2022-ci il tarixində “Token əməliyyatlarında fraud menecmenti üzrə ən yaxşı təcrübələr” mövzusunda vebinar keçirilmişdir.
Qeyd edilən mövzuda “Apple” şirkətinin mühəndislik proqramı üzrə meneceri Paul Samuels, “Visa CEMEA”nın risk üzrə meneceri Anastasiya Batlukova, risk və data məhsulları üzrə baş meneceri Vitali Paşkov, texniki həllər üzrə məsləhətçisi İqor Filatov təqdimatla çıxış edib.
Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.