Home » Toyota ilk 6 ayda qlobal satışlarını 5,1 faiz artırdı

Toyota ilk 6 ayda qlobal satışlarını 5,1 faiz artırdı

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Toyota-nın açıqladığı məlumatlara görə şirkət ilk 6 ayda 4 milyon 937 min avtomobil satıb. Açıqlanan rəsmi rəqəmlərə görə Toyota 2023-cü ilin ilk 6 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 5,1% daha çox avtomobil satışını reallaşdırıb və 4 milyon 937 min avtomobil satıb.

BBN.az xəbər verir ki, Toyota-nın Yaponiyadakı satışları 33 faiz artaraq 878 000 ədəd olub. Amerikada 1,2 milyondan çox satışa nail olan Toyota, Asiyada da təxminən 1,5 milyon avtomobil satmağa nail olub. Avropada da satışlarını artıran Toyota bu dövrdə 570 000-dən çox avtomobil satışı həyata keçirib.

Bununla belə, hibrid avtomobillərə maraq qlobal miqyasda artmağa davam edir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ilk 6 ayda 20 faiz artaraq 1,6 milyona çatıb. Digər tərəfdən Toyota-nın hibrid, plug-in hibrid, tamamilə elektrikli vasitələrdən ibarət ətraf mühitə uyğun məhsul çeşidinin satışları 23% artaraq 1 milyon 710 mini keçib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.