
ABŞ Prezidenti Donald Trump İranla keçiriləcək nüvə danışıqlarında “dolayı şəkildə” iştirak edəcəyini açıqlayıb. O, bu barədə jurnalistlərə “Air Force One” təyyarəsində danışıb.
Tramp bildirib ki, Cenevrədə planlaşdırılan görüşlər “çox vacib” olacaq.
ABŞ və İran nümayəndələrinin İsveçrədə keçirəcəyi danışıqlar artan gərginlik fonunda baş tutur. Məlumata görə, Vaşinqton Yaxın Şərqə ikinci aviadaşıyıcı göndərib və danışıqların uğursuz olacağı təqdirdə mümkün uzunmüddətli hərbi kampaniyaya hazırlıq görülür.
Prezident İranın əvvəlki danışıqlarda sərt mövqe nümayiş etdirdiyini xatırladaraq, ötən yay ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirdiyini qeyd edib.
Trampın sözlərinə görə, Tehran bu dəfə razılaşmaya daha meylli ola bilər:
“Onlar razılaşma əldə etməməyin nəticələrini istəmirlər”, – deyə o vurğulayıb.
Qeyd edək ki, tərəflər arasında əvvəlki təmaslar nəticəsiz qalmışdı. Cenevrə görüşünün nəticəsi regiondakı gərginliyin səviyyəsinə və qlobal bazarlara birbaşa təsir göstərə bilər.





