Home » Tramp Çinə tətbiq edilən tarifləri 90 gün uzadıb

Tramp Çinə tətbiq edilən tarifləri 90 gün uzadıb

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq olunan tariflərin müddətini əlavə 90 gün uzadıb.

BBN.az xəbər verir ki, qərar, gömrük rüsumlarına verilən möhlətin başa çatmasına cəmi bir neçə saat qalmış imzalanıb.

Bu addım, ABŞ və Çin nümayəndə heyətləri arasında ötən ayın sonunda İsveçin paytaxtı Stokholmda keçirilən danışıqların son raundunun gözlənilən nəticəsi kimi qiymətləndirilir.

Əgər müddət uzadılmasaydı, ABŞ-ın Çinə qarşı tətbiq etdiyi rüsumlar, iki ölkə arasında gömrük müharibəsinin ən gərgin vaxtı olan aprel ayındakı səviyyəyə qayıdacaqdı.

Xatırladaq ki, tərəflər may ayında Cenevrədə baş tutan ilk görüşdən sonra bir-birlərinin mallarına tətbiq edilən tariflərin böyük hissəsini dayandırmaq barədə razılığa gəlmişdilər.

90 günlük möhlət çərşənbə axşamı başa çatmalı idi, lakin Trampın imzaladığı qərarla bu müddət yenidən uzadıldı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.