Home » Tramp: Hörmüz boğazını tezliklə yenidən açacağıq

Tramp: Hörmüz boğazını tezliklə yenidən açacağıq

by yunus
0 comments 0 views 1 minutes read

Tramp: Hörmüz boğazını tezliklə yenidən açacağıq.

BBN.az xəbər verir ki, Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı son hadisələr barədə məlumat verib.

ABŞ prezidenti bildirib: “Xüsusilə İranın Hörmüz boğazını bağlama cəhdindən təsirlənən bir çox ölkə boğazın açıq və təhlükəsiz qalmasını təmin etmək məqsədilə ABŞ ilə koordinasiya şəraitində bölgəyə hərbi gəmilər göndərəcək”.

İranın hərbi imkanlarının tamamilə məhv edildiyini iddia edən Donald Tramp bununla belə qeyd edib ki, Tehran hakimiyyəti hələ də Hörmüz boğazının istənilən nöqtəsinə pilotsuz uçuş aparatı göndərmək, boğaza mina yerləşdirmək və ya qısa mənzilli raket buraxmaq imkanına malikdir.

Donald Tramp bildirib: “Ümid edirik ki, Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Birləşmiş Krallıq və bu süni məhdudiyyətdən təsirlənən digər ölkələr də bölgəyə gəmilər göndərəcək. Beləliklə, hərbi gücü tamamilə iflic vəziyyətinə düşmüş bir dövlətin — İranın — Hörmüz boğazı üzərində artıq təhlükə mənbəyinə çevrilməsinin qarşısı alınacaq”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.