Home » Tramp neftin qiymətlərini ciddi şəkildə aşağı salmaq istəyir

Tramp neftin qiymətlərini ciddi şəkildə aşağı salmaq istəyir

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ prezidenti Donald Tramp neftin dünya bazar qiymətini bir barel üçün 50 dollara endirməyi hədəfləyir.

BBN.az xəbər verir ki, bu barədə  “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bu məqsədlə Vaşinqton Venesuelanın dövlətə məxsus neft şirkəti PDVSA üzərində nəzarəti ələ keçirmək imkanlarını da nəzərdən keçirir.

WSJ-nin məlumatına əsasən, ABŞ PDVSA üzərində təsirini Chevron ilə birgə həyata keçirilən layihələr vasitəsilə gücləndirə bilər. Bu çərçivədə Venesuela neftinin əhəmiyyətli hissəsinin alınması və yenidən satışının ABŞ-ın nəzarətində həyata keçirilməsi ehtimal olunur.

Qeyd olunur ki, Tramp administrasiyasının Venesuelanın neft infrastrukturunun dirçəldilməsi ilə bağlı planlarının ümumi dəyəri təxminən 100 milyard dollar həcmində qiymətləndirilir. Daha əvvəl Ağ Ev rəhbərliyi də ABŞ-ın hazırda Venesuelada siyasi proseslərdən, xüsusilə seçkilərdən daha çox, ölkənin neft infrastrukturunun bərpasına fokuslandığını açıqlamışdı.

Analitiklərin fikrincə, bu planlar reallaşacağı təqdirdə, həm qlobal neft bazarına, həm də ABŞ–Venesuela münasibətlərinə ciddi təsir göstərə bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.