Home » Tramp niyə dolları ucuzlaşdırır? – Ekspert

Tramp niyə dolları ucuzlaşdırır? – Ekspert

by Zeyneb
0 comments 3 views 1 minutes read

ABŞ Prezidenti Donald Trampın dolların məzənnəsinin zəifləməsinə müsbət yanaşmasının arxasında iqtisadi məntiq dayanır. Dolların əsas valyutalar, xüsusilə avro qarşısında müəyyən qədər dəyər itirməsi Amerika mallarının qlobal bazarlarda daha sərfəli və rəqabətli olmasına şərait yaradır.

Bu barədə Presstvaz-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Donald Trampın dollar siyasətindən danışarkən deyib.

Ekspertin sözlərinə görə, ABŞ dünyanın ən böyük iqtisadiyyatı olduğundan dolların zəifləməsi faktiki olaraq Avropa ölkələri üçün əlavə iqtisadi yük formalaşdırır:

“Ucuz dollar Amerika mallarının xarici bazarlarda daha əlverişli qiymətə təklif olunması deməkdir. Bu isə ixracın artmasına və ABŞ məhsullarının dünya bazarlarında daha çox pay qazanmasına imkan yaradır. Donald Tramp da istehsalın və ixracın genişlənməsinin tərəfdarı olduğu üçün dolların əsas valyutalar qarşısında müəyyən qədər zəifləməsini dəstəkləyir.

Söhbət dolların kəskin dəyər itirməsindən deyil, nəzarətli və məhdud zəifləmədən gedir. Bu yanaşma bir çox ölkələr tərəfindən tətbiq edilir. Məsələn, ABŞ və Çin arasında uzun illər davam edən iqtisadi gərginliyin əsas səbəblərindən biri yuanın məzənnə siyasəti olub. Çin yuanın məzənnəsini tədricən aşağı salmaqla öz məhsullarının rəqabət qabiliyyətini artırmağa çalışıb”.

İqtisadçı əlavə edib ki, Tramp administrasiyası ilə ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) arasında yaranan fikir ayrılığının əsas səbəbi faiz siyasətidir:

“Tramp faiz dərəcələrinin aşağı salınmasını istəyir ki, kreditlər ucuzlaşsın və iqtisadi aktivlik artsın. FES isə hesab edir ki, uçot dərəcələrinin kəskin endirilməsi inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Bu baxımdan qurum daha ehtiyatlı mövqe tutur”.

Qeyd edək ki, faiz dərəcələri və məzənnə siyasəti ətrafında müzakirələr qlobal bazarlarda da diqqətlə izlənilir və bu qərarlar beynəlxalq ticarətə birbaşa təsir göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.