Home » Tramp: “Üçüncü dünya ölkələrindən immiqrasiyanı həmişəlik dayandıracağam”

Tramp: “Üçüncü dünya ölkələrindən immiqrasiyanı həmişəlik dayandıracağam”

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ prezidenti Donald Tramp “Üçüncü Dünya” ölkələrindən immiqrasiyanı tamamilə dayandıracağını bəyan edib.

BBN.az xəbər verir ki,  Tramp bu barədə “Truth Social” platformasında immiqrasiya siyasəti ilə bağlı açıqlama verib.

Tramp bildirib ki, Amerika sisteminin tam bərpa olunması üçün bütün üçüncü dünya ölkələrindən immiqrasiyanı həmişəlik dayandırmağı planlaşdırır. O, mövcud immiqrasiya siyasətlərinin ABŞ-ın texnoloji inkişafına maneə yaratdığını iddia edib.

O, “ABŞ-a töhfə verməyən və ölkəni sevməyən” şəxslərin geri göndəriləcəyini vurğulayıb.

Tramp həmçinin təhlükəsizlik riski daşıyan və ya Qərb sivilizasiyasına uyğunlaşa bilməyən bütün xarici vətəndaşların deportasiya ediləcəyini, vətəndaşı olmayanlara verilən bütün federal yardımların isə dayandırılacağını açıqlayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.