
ABŞ prezidenti Donald Trump bildirib ki, əgər Avropa ölkələri NATO çərçivəsində İrana qarşı əməliyyatlarda ABŞ-a dəstək verməsə, alyansın gələcəyi “çox pis” ola bilər.
Trampın sözlərinə görə, Hormuz kimi qlobal enerji ticarəti üçün həyati əhəmiyyətli marşrutun təhlükəsizliyi bütün ölkələrin marağındadır. Bu boğazdan dünya neftinin təxminən 20%-i daşınır.
O həmçinin qeyd edib ki, Çin də vəziyyətə müdaxilə etməlidir, çünki ölkə neftin böyük hissəsini bu marşrut vasitəsilə idxal edir.
Geosiyasi gərginlik artdıqca enerji bazarları və qlobal iqtisadiyyat üzərində təzyiq də yüksəlir.




