Home » TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası keçirilib

TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası videokonfrans formatında keçirilib.

İclasın proqramına TRASEKA Hökumətlərarası Komissiyaya sədrliyin Azərbaycan Respublikasından Bolqarıstan Respublikasına ötürülməsi, eləcə də TRASEKA çərçivəsində Daimi və Milli Katiblərin iştirakı ilə razılaşdırılmış konsepsiya, fəaliyyət planı, hesabat kimi sənədlərin təsdiq edilməsi ilə bağlı məsələlər daxil edilib.

Sözügedən tədbirdə iştirak edən Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TRASEKA çərçivəsində mövcud praktikaya uyğun olaraq ölkəmizin adından Hökumətlərarası Komissiyaya sədrliyi Bolqarıstan Respublikasına təhvil verib.

Nazir ölkəmizin sədrliyi dövründə TRASEKA çərçivəsində, eləcə də ölkəmiz tərəfindən Avropa – Qafqaz – Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülmüş işlər barədə danışıb.

Çıxışda, həmçinin ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra nəqliyyat və iqtisadi əlaqələrin bərpasının TRASEKA dəhlizinin daha da inkişafı və genişlənməsinə töhfə verəcəyi qeyd olunub. İşğal nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması və tikintisi haqqında iclas iştirakçılarına məlumat verilib.

Eyni zamanda, TRASEKA dəhlizinin rəqabət qabiliyyətinin artırılması istiqamətində bir sıra sahələrdə, xüsusilə sərhəd-keçid prosedurlarının harmonizasiyası, daşımalarda tənzimləyici və inzibati baryerlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Bu prosesdə hərəkətverici amil kimi rəqəmsallaşmanın zəruriliyi qeyd olunub, TRASEKA-nın rəqəmsallaşma konsepsiyası alqışlanıb.

İclasın sonunda TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci iclasının Yekun Qətnaməsi və Sofiya Bəyannaməsi qəbul edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.