Home » Turan Bank 2025-ci ili 1,2 mln. manat mənfəətlə başa vurub

Turan Bank 2025-ci ili 1,2 mln. manat mənfəətlə başa vurub

by Zeyneb
0 comments 1 views 1 minutes read

Turan Bank ASC 2025-ci ilin yekunlarına görə 1,223 milyon manat xalis mənfəət əldə edib.

Ötən il Bankın gəlirləri 126,657 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 14,4 % artım deməkdir. Xərclər 99,187 milyon manat olub (14,9 % artım). Xüsusi ehtiyatlara ayırmalar isə 26,246 milyon manat təşkil edib və bu göstərici illik müqayisədə 20,1 % artıb. Hesabat dövründə Bank mənfəət vergisi ödəməyib.

2026-cı il yanvarın 1-nə Turan Bankın aktivləri 907,176 milyon manata çatıb ki, bu da illik müqayisədə 6,7 % artım deməkdir. Aktivlərin 674,846 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşür. Son bir ildə Bankın kredit portfeli 9,3 % genişlənib.

Hesabat dövründə Bankın öhdəlikləri 7,3 % artaraq 803,69 milyon manat təşkil edib. Depozit portfeli 1,5 % artaraq 468,532 milyon manat, balans kapitalı isə 2,8 % artaraq 104,806 milyon manata yüksəlib.

Qeyd edək ki, Turan Bank 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 100,006 milyon manatdır. Səhmlərin 42,9 %-i 8 hüquqi şəxsə, 57,1 %-i isə 20 fiziki şəxsə məxsusdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.