Home » TuranBank “ASAN Məktub”la birgə uşaqların arzularını gerçəkləşdirib

TuranBank “ASAN Məktub”la birgə uşaqların arzularını gerçəkləşdirib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank Yeni il bayramı münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib.

Belə ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində TuranBank əməkdaşları ASAN Könüllülərlə birlikdə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Adıçəkilən sosial layihə çərçivəsində Bank Quba şəhəri və Xaçmaz rayonunun Köhnə Xaçmaz, Gülalan kəndlərinin kiçik sakinlərini sevindirmişdir.

Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan TuranBank  “ASAN Könüllüləri” Təşkilatı və “YAŞAT” Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.

Bundan sonra da TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələri, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalar edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.