Home » “Türk Dövlətləri Təşkilatı ilə 5 Dövlət 1 Diaspor” sessiyası keçirilib

“Türk Dövlətləri Təşkilatı ilə 5 Dövlət 1 Diaspor” sessiyası keçirilib

by anar
0 comments 0 views 0 minutes read

TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

İstanbulda Dünya Türk Biznes Şurasının (DTİK) 10-cu Qurultayının açılış mərasimi çərçivəsində “Türk Dövlətləri Təşkilatı ilə 5 Dövlət 1 Diaspor” sessiyası təşkil edilib.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəsmilərinin, biznes dairələri və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə iqtisadi əməkdaşlıq, təşkilata üzv ölkələrin diaspor təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi, birgə investisiya imkanları barədə müzakirə aparılıb.

Sessiyada iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, sualları cavablandırıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.