Home » Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Orta dəhlizlə bağlı vebinarda çıxış edib

Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Orta dəhlizlə bağlı vebinarda çıxış edib

by anar
0 comments 1 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) və Asiya İnkişaf Bankının (ADB) birgə əməkdaşlığı ilə dövri olaraq təşkil edilən “CAREC Chai VI” adlı vebinarda panel iştirakçısı qismində iştirak edib.

“Orta nəqliyyat dəhlizinin genişləndirilməsi: Avrasiyanın mərkəzində imkanların açılması” mövzusuna həsr edilmiş vebinarda TDAM-ın rəhbəri Orta dəhlizin gələcək potensialından və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində unifikasiya və harmonizasiya işlərinin görülməsindən danışıb. A.Satıcı Orta Asiya və Cənubi Qafqaz regionu da daxil olmaqla Avrasiyanı birləşdirən Orta dəhlizin ümumilikdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə daha sıx əlaqələndirilməsi yönündə aparılan infrastruktur layihələrini və bu işlərdə Azərbaycanın drayver rolunu xüsusi vurğulayıb.

Vebinarda CAREC İnstitutunun direktoru Kabir Jurazoda, ADB-nin iqtisadçıları, region ölkələrindən bir sıra tədqiqatçılar, nüfuzlu universitetlərin professorları da daxil olmaqla, bütövlükdə Avrasiya regionunu əhatə edən geniş tərkib iştirak edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.