Bugün Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən keçirilən iclasda uçot faiz dərəcəsini 2 faiz bəndi azaldaraq 18%-dən 16%-ə endirildiyini açıqlayıb. Ekspertlər isə, təqribi 0.5% – 1% həcmində bir azalmanın baş verəcəyini proqnozlaşdırırdı.
Qərar sonrasında bazarda ani volatillik qeydə alınıb. Belə ki, dollar/lirə məzənnəsi 2.5% civarında artaraq 9.48 səviyyəsində qərarlaşıb. Avronun valyuta dəyəri 11 lirəni, funt-sterlinq isə 13 lirəni keçib. Qızılın qram qiyməti də 543 lirə ilə rekord səviyyəyə yüksəlib.
Uçot faiz dərəcəsinin aşağı salınması nəticəsində ölkə dövriyyəsində valyuta həcminin artmasını nəzərə aldıqda, hazırda 19% civarında dəyişən inflyasiya göstəricisinin gələcəkdə artması da ehtimal edilə bilər.