Noyabrda illik istehlak inflyasiyası əvvəlki ayla müqayisədə cüzi də olsa sürətlənib. Noyabrda istehlak qiymətləri illik 61,98 faiz artıb.
BBN.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə noyabr ayında aylıq artım 3,28% oldu.
Bloomberg HT sorğusunda iştirak edən qurumların gözləntiləri illik artımın 62,8 faiz olacağı idi. Aylıq inflyasiya gözləntisi 3,8% olaraq qeyd edildi. Oktyabrda illik inflyasiya 61,36 faizə düşüb. Əsas göstəricidə üfüqi tendensiya müşahidə olunub. Noyabrda illik baza inflyasiyası 69,89% təşkil edib. Oktyabrda illik baza inflyasiyası 69,76% olaraq qeydə alınıb.