0
Türkiyə Statistika Komitəsi iyun ayı üçün inam indekslərini açıqlayıb.
İstehlakçı inam indeksi bu ay ötən ay ilə müqayisədə 5.2 faiz artaraq 62.6 faizə yüksəlib. Maliyyə vəziyyətinə inam indeksi 0.8% artaraq 79.9, ümumi iqtisadi vəziyyətə inam indeksi 4.5% artaraq 85.5, məşğulluq səviyyəsinə inam indeksi 12.2% artaraq 62.1, yığım indeksi isə 6.5% artaraq 23.1 səviyyəsinə irəliləyib.