1
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ötən həftə etdiyi faiz artımı kredit kartı faizlərinə də təsir göstərib.
BBN.az xəbər verir ki, kredit kartları üzrə maksimum aylıq vaxtı keçmiş faiz dərəcəsi oktyabrın 1-dən etibarən 3,11 faizdən 3,56 faizə yüksəlib.
Nağd pul çıxarılması üzrə maksimum gecikmə dərəcəsi də 3,87 faizdən 4,32 faizə yüksəlib.