Türkiyə Statistika Ofisi (TURKSTAT) fevral ayında Türkiyədə sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, sənaye istehsalı 2019-cu ilin fevral ayına nisbətdə 7.5% yüksəlib. Sektorlar üzrə nəzər saldıqda isə, mədən və karxana istehsalı üzrə indeks 1.7%, emal sənayesi üzrə indeks 8%, energetika üzrə indeks isə 4.4% artıb.
2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisə etdikdə isə, sənaye istehsalında 1.2%-lik artım müşahidə olunur. Aylıq dəyişkənlik mədən və karxana istehsalında 5.8%-lik azalma, emal sənayesi üzrə 1.6%-lik artım, energetika sahəsi üzrə isə 1.3%-lik artım ilə səciyyələnir.
Qeyd edək ki, yanvar ayı üzrə sənaye istehsalı göstəricisində illik 7.7%-lik artım müşahidə olunsa da, aylıq əsasda 0.4%-lik geriləmə olub.