0
Türkiyə Statistika Komitəsi sentyabr ayı üçün inam indekslərini açıqlayıb.
İstehlakçı inam indeksi bu ay ötən ay ilə müqayisədə 1.8 faiz artaraq 79.7 faizə çatıb. Maliyyə vəziyyətinə inam indeksi 1.3% artaraq 62.6, ümumi iqtisadi vəziyyətə inam indeksi 4% artaraq 79.3, səviyyəsinə irəliləyib.
Sentyabr ayında sektoral inam indeksi də güclənib. Belə ki, xidmət sektorunun inam indeksi 1.5% irəliləyərək 117.8 olub. Pərakəndə sektora inam 4.8% artıb. Tikinti sektorunun inam indeksi isə 0.7% azalaraq 91.8 səviyyəsində qərarlaşıb.