Home » Türkiyə Akkreditasiya Agentliyi və Azərbaycan Akkreditasiya Mərkəzi arasında əməkdaşlıq genişləndirilir

Türkiyə Akkreditasiya Agentliyi və Azərbaycan Akkreditasiya Mərkəzi arasında əməkdaşlıq genişləndirilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və tabeliyindəki “Azərbaycan Akkreditasiya Mərkəzi”nin (AzAK) nümayəndələri Türkiyə Akkreditasiya Agentliyində (TürkAK) işgüzar səfərdə olublar.

Səfər çərçivəsində nümayəndə heyəti TürkAK-ın fəaliyyət istiqamətləri ilə tanış olub, iki ölkənin akkreditasiya qurumları arasında əməkdaşlığın inkişaf istiqamətlərini müzakirə ediblər.

TürkAK-ın Baş katibi Banu Müderrisoğlu iki qurum arasında imzalanmış müqavilə çərçivəsində görülən işlərdən, AzAK-ın nüfuzlu beynəlxalq təşkilatlara üzv olması yolunda atılmalı addımlardan danışıb və bu məsələdə TürkAK tərəfindən hər cür dəstəyin göstəriləcəyini qeyd edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Yavər Məmmədov isə uyğunluğun qiymətləndirilməsi ilə bağlı akkreditasiya sahəsində Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın əhəmiyyətini qeyd edərək Türkiyə Akkreditasiya Agentliyinin AzAK-a dəstəyini vurğulayıb.

AzAK-ın direktoru vəzifəsini müvəqqəti icra edən Emin Zeynalov rəhbərlik etdiyi qurumun fəaliyyətinin təkmilləşdirilməsi, qarşıda duran strateji hədəfləri barədə məlumat verib.

Sonda nümayəndə heyətinə TürkAK rəhbərliyi tərəfindən bir sıra ISO standartları üzrə beynəlxalq sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.