Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3,1 faiz artacağı gözlənilir - BBN

Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3,1 faiz artacağı gözlənilir

Türkiyə iqtisadiyyatının 2024-cü ilin 4-cü rübündə illik 3 faiz böyüməsi gözlənilir.

BBN.az xəbər verir ki, Türkiyə iqtisadiyyatının 2024-cü ilin dördüncü rübündə rüblük 1,9%, illik isə 3% böyüməsi, 2025-ci ildə isə 3,1% artması gözlənilir. Bu proqnoz sorğuda iştirak edən 15 institutun verdiyi cavablara əsaslanır.

Sorğu iştirakçılarının median proqnozuna görə, illik böyümə 3%, 2024-cü ilin ümumi iqtisadi artımı isə 3,1% olacaq.

Sorğu nəticələrinə əsasən, dördüncü rübdə ən aşağı rüblük böyümə proqnozu verən institut 0,7% artım gözləyir, ən yüksək proqnoz isə 3,9% təşkil edir. İllik göstəriciyə görə isə dördüncü rübdə ən aşağı böyümə proqnozu 1,1%, ən yüksək proqnoz isə 4,7% səviyyəsindədir.

2024-cü ilin ümumi iqtisadi artımı ilə bağlı proqnozlar arasında ən aşağı göstərici 3%, ən yüksək isə 3,6% olub.

Related posts

AMB İslam maliyyəsi sahəsində beynəlxalq mükafata layiq görülüb

Çin və Rusiya arasında ticarət dövriyyəsi 25,6% artıb

Azərbaycan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı