Home » Türkiyə koronavirusa qarşı tədbirlər planını açıqlayıb

Türkiyə koronavirusa qarşı tədbirlər planını açıqlayıb

by bbnadm
0 comment 0 views 1 minutes read

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü keçirilən koronavirusla bağlı iclasda ölkə iqtisadiyyatını dirçəltmək və koronavirus pandemiyasının bizneslərə və fərdi şəxslərə yaratdığı çətinlikləri yüngülləşdirmək məqsədilə hazırlanan tədbirlər planını açıqlayıb. “İqtisadi Sabitlik Qalxanı” adlandırılan bu tədbirlər paketi ümumilikdə 100 milyard türk lirəsi (15.5 milyard ABŞ dollar) həcmindədir. Tədbirlər paketinə aşağıdakılar daxil edilib:

  • Minimal pensiya məbləği 1500 lirəyə yüksəldilib və bayram bonuslarının ödəniş tarixi aprelin əvvəlinə çəkilir
  • Maddi vəziyyəti aşağı olan ailələrə 2 milyard lirə ayrılır
  • Noyabr ayınadək bütün yaşayış vergiləri ləğv edilir
  • Ticarət mərkəzləri, dəmir-polad sənayeləri, avtomobil istehsalı, əyləncə, qida məhsulları, pərakəndə satış, toxuculuq geyimləri, logistika, habelə tədbir təşkilatçılığı üzrə fəaliyyət göstərən şirkətlər 6 aylığına ƏDV-dən azad olunur
  • Otellərdən gəlir payı ödənişləri noyabr ayınadək ləğv edilir
  • Ölkədaxili aviadaşımalardan alınan 18%-lik ƏDV 1%-ə endirilir
  •  Virusun təsiri ilə gəlirlərində azalma müşahidə olunan şirkətlərin banklara olan kredit borcları 3 aylığına ertələnir, lazım gəldikdə onlara maddi dəstək göstərilir
  • Azad sahibkarların “Halkbank”a olan kredit borcları 3 ay üçün faiz ödəmələri iki ay  müddətinə əlavə faiz olmadan təxirə salınır
  • Kredit Zəmanət Fondunun limiti iki qat artırılaraq 50 milyard lirəyə çatdırılır
  • Minimum əmək haqqı yenidən gözdən keçiriləcək
  • Sosial xidmət işçiləri vasitəçiliyi ilə 80 yaşdan yuxarı tək yaşayan qocalara fərdi səhiyyə dəstəyi tədbirləri görüləcək
  • İşçilərin evdən işləməsini təşviq edəcək yeni uzaqdan işləmə modelləri təkmilləşdiriləcək, uzaqdan işləmək imkanı olmayan işçilərə isə müvəqqəti gəlir dəstəyi verməklə, sahibkarların maliyyə yükü azaldılacaq
  • Sosial məqsədli kredit paketləri hazırlanacaq
  • İxracatçılara inventar maliyyələşdirmə dəstəyi göstəriləcək

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.