Türkiyə Mərkəzi Bankı (TCMB) pul siyasəti üzrə növbəti qərarını açıqlayıb. Bankın Pul Siyasəti Komitəsinin qərarına əsasən, bir həftəlik repo əməliyyatları üzrə uçot dərəcəsi 38%-dən 37%-ə endirilib.
Qərara uyğun olaraq, gecəlik borcvermə faizi 41%-dən 40%-ə, gecəlik borclanma faizi isə 36,5%-dən 35,5%-ə endirilib.
TCMB-dən bildirilib ki, qiymət sabitliyi tam təmin olunana qədər sərt pul siyasəti mövqeyi qorunacaq. Qurum vurğulayıb ki, inflyasiya göstəriciləri müəyyən edilmiş aralıq hədəflərdən kənara çıxacağı təqdirdə monetar siyasət yenidən sərtləşdirilə bilər.
Qeyd edək ki, Türkiyədə pul siyasəti üzrə bu addımlar inflyasiyanın cilovlanması və maliyyə sabitliyinin qorunması məqsədi daşıyır.





