Cümə günü Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkə Mərkəzi Bankına ilk qadın sədr təyin edilib.
BBN.az Reuters nəşrinə istinadən xəbər verir ki, sabiq sədr Şahap Kavcıoğlunun yerinə Hafize Gaye Erkan gətirilib.
Qeyd edək ki, Hafize xanım 1982-ci ildə doğulub. Boğaziçi Universitetinin “Sənaye Mühəndisliyi” ixtisası üzrə məzun olub. Daha sonra isə təhsilinə ABŞ-da davam edib və “Princeton Universitet”nin tarixində doktoranturanı 1 ildə tamamlayan ilk tələbə olub. Həmçinin yeni təyinata qədər isə maliyyə sahəsi üzrə bir çox yüksək vəzifələrdə çalışmışdır.