Home » “Türkiyədə Biznes kreditlərinin analizi təcrübəsi və CreditBarometer” adlı vebinar keçirilmişdir

“Türkiyədə Biznes kreditlərinin analizi təcrübəsi və CreditBarometer” adlı vebinar keçirilmişdir

by bbnadm
0 comments 0 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim artırılması üçün yerli və xarici təşkilatlarla birgə müxtəlif mövzularda seminarlar, vebinarlar və digər tədbirlər təşkil edir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, 14 mart 2023-cü il tarixində “Zoom” onlayn platforması vasitəsilə Azərbaycan Bank Tədris Mərkəzi və “AGRA Fintech”in dəstəyi ilə “Türkiyədə Biznes kreditlərinin analizi təcrübəsi və CreditBarometer” adlı vebinar keçirilmişdir.

Qeyd edilən mövzuda Türkiyə bankı olan “Fibabanka” ASC-nin korporativ və kommersiya kreditləri departamentinin direktoru Sertaç Polat, “AGRA Fintech”in həmtəsisçiləri Taner Toraman və Muharrem Uğurelli, həmçinin “AGRA Fintech”in CTO-su Engin Yılmaztürk əlaqədar təcrübələrini paylaşıb.

Vebinar maraqla qarşılanmış və 90-a yaxın nümayəndə iştirak etmişdir. Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.