Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türkiyədə illik inflyasiya 33%-dən aşağı enib - BBN

Türkiyədə illik inflyasiya 33%-dən aşağı enib

“APA-Economics”in məlumatına görə, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı rəqəmlərə əsasən, cari ilin avqust ayında illik inflyasiya 32,95% təşkil edib. İyul ayında bu göstərici 33,52% idi. Avqustda istehlak qiymətləri əvvəlki aya nisbətən 2,04% artıb.

Son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə qiymətlər 33,28%, nəqliyyatda 24,86%, mənzillərdə isə 53,27% bahalaşıb.

Qeyd edək ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək həddi olan 85,5%-ə çatmışdı. Ötən ilin may ayında isə inflyasiyanın illik səviyyəsi 75,45% ilə pik həddə qalxmışdı.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı