Avqustda Türkiyədə illik istehlakçı inflyasiyası 51,97%-ə qədər enib və bu isə 2023-cü ilin iyul ayından bəri ən aşağı nəticə hesab edilir.
BBN.az bu barədə xarici mətbuata istinadən xəbər verir və bildirilir ki, data-lar bu gün statistika komitəsi TurkStat tərəfindən açıqlanıb.
Təhsil yenə də ən böyük artım nümayiş etdirib 120%-ə çatıb. Nəqliyyatda isə artımlar 28,96% təşkil edib. Avqustda enerji, ərzaq, alkoqolu olmayan içkilər, tütün və alkoqollu içkilər xaric inflyasiya 51,65% olub.
Aylıq bazada avqustda istehlakçı qiymət indeksi 2.47%-ə qədər yüksəlib, iyuldakı 3.23%-dən enib. Daha əvvəlki sorğu nəticələri isə nümayiş etdirirdi ki, avqustda ölkədə illik inflyasiya 55.2%, aylıq əsasda isə 2.64% olacaq.