Home » Türkiyədə KOBİA və TÜMSİAD arasında görüş keçirilib

Türkiyədə KOBİA və TÜMSİAD arasında görüş keçirilib

by anar
0 comments 0 views 1 minutes read

KOBİA və TÜMSİAD arasında keçirilən görüşdə Azərbaycan və Türkiyənin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, KOB-ların iştirakı ilə birgə layihələrin və tədbirlərin təşkili müzakirə edilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Türkiyədə işgüzar səfərdədir. Səfər çərçivəsində KOBİA nümayəndələri İstanbulda keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək, Türkiyənin sahibkarlıqla bağlı müxtəlif qurumlarında görüşlər keçirəcəklər.

Sentyabrın 14-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (TÜMSİAD) İdarə Heyətinin sədri Yaşar Doğan ilə görüşüb.

Görüşdə KOBİA-nın Azərbaycan və Türkiyənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyi, bu istiqamətdə Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıq edildiyi vurğulanıb. Sahibkarların dəstəklənməsi sahəsində birgə layihələrin və tədbirlərin təşkili, TÜMSİAD-a üzv olan iş adamlarının Azərbaycanda layihələr həyata keçirməsinə və ya yerli biznes tərəfdaşı tapmasına Agentliyin dəstəyi də görüşdə müzakirə edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.