Home » Türkiyənin İqliməsaslı Ağıllı Kənd Təsərrüfatı (CSA) üzrə təcrübələri öyrənilir

Türkiyənin İqliməsaslı Ağıllı Kənd Təsərrüfatı (CSA) üzrə təcrübələri öyrənilir

by ulviyya
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihəsi çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş “İqliməsaslı ağıllı kənd təsərrüfatı (CSA)” layihəsi uğurlu hesab edilərək təsdiq olunгub. Bu layihə çərçivəsində qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatı məhsuldarlığına, ərzaq təhlükəsizliyinə və kənd əhalisinin yaşam standartlarına mənfi təsirlərinin azaldılması, beynəlxalq təcrübədə istifadə olunan innovativ alətlərin tətbiqi sahəsində müzakirələrin aparılması və müvafiq sahələrə səfərlərin həyata keçirilməsi məqsədilə Azərbaycan və Türkiyənin kənd təsərrüfatı ekspertləri arasında təcrübə mübadiləsi proqramı təşkil edilib.

Proqramla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Тоrpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev və həmin şöbənin Kənd təsərrüfatının ekologiyası və iqlim məsələləri sektorunun aparıcı məsləhətçisi Samirə Qurbanlı cari ilin 4-11 avqust tarixlərində Türkiyə Respublikasının Ankara şəhərinə səfər ediblər.

Səfər ərzində Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Avropa İttifaqı və Xarici Əlaqələr Baş İdarəsinin müdiri Ferhat Çolak və şöbə müdiri Özge İmamoğlu, Aqrar İslahatlar Baş İdarəsinin müdiri Mustafa Gezici, Su Təsərrüfatı Baş İdarəsinin müdiri Afire Sever, Dövlət Su İşləri Xarici Əlaqələr İdarəsinin müdiri Özlem İritaş və rumların təmsilşiləri ilə görüşlər təşkil edilib və müvafiq istiqamətlərdə müzakirələr aparılıb.

Müzakirələrin əsas mövzusu hazırda iqlim dəyişikliyinin Türkiyənin kənd təsərrüfatı sektoru üçün yaratdığı riskləri, bu riskləri azaltmaqla bağlı kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyinə uyğunlaşma (adaptasiya) və təsirlərin yumşaldılması (mitiqasiya) istiqamətində aparılan fəaliyyətlərini öyrənmək və uğurlu faəliyyətlərin Azərbaycanın kənd təsərrüfatı sektorunda da tətbiqi üçün əməkdaşlıqları gücləndirməkdir.

Türk ekspertləri tərəfindən təqdim edilən layihələr içərisində ən çox maraq doğuran layihələr – Dünya bankı tərəfindən icrası üçün yüksək maliyyə resursları ayrılmış Türkiyə iqlim ağıllı və rəqabət qabiliyyətli kənd təsərrüfatı inkişaf layihəsi olan TUCSAP, su resurslarının səmərəli və düzgün istifadəsi üçün yaradılmış və artıq icra edilməyə başlanılan HİDROTÜRK, suvarma qurğularının məkan məlumat sistemi olan SUTEM, kənd təsərrüfatı fəaliyyətləri nəticəsində suda çirklənmənin monitorinqi tədqiqatlarında istifadə üçün hazırlanmış nitrat məlumat sistemi NIBIS olub. Azərbaycanın kənd təsərrüfatı sektoru üçün yaradılmış elektron kənd təsərrüfatı informasiya sistemi olan EKTİS də türk ekspertləri tərəfindən uğurlu layihə hesab edilib.

Nümayəndə heyəti proqram çərçivəsində daşqın və meşə yanğınlarından mühafizə mərkəzləri, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin təbii göl və landşaft bitkiləri olan əraziləri ziyarət edib.

Sonda hər iki ölkə nümayəndələri COMCEC layihəsi vasitəsi ilə “İqliməsaslı ağıllı kənd təsərrüfatı (CSA)” istiqamətində paylaşılan təcrübə və biliklərin, əməkdaşlıqların Azərbaycan və Türkiyənin iqlim dəyişikliyinə daha dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasında mühüm rol oynayacağı vurğulayıb və bu kimi layihələrin davam etdirilməsinin zəruri olduğunu bildiriblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.