Home » Türkiyənin KOSGEB təşkilatı KOBİA-ya məktub göndərib

Türkiyənin KOSGEB təşkilatı KOBİA-ya məktub göndərib

by bbnadm
0 comments 1 views 0 minutes read

Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Cəvahir Uzkurt Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məktub göndərib.

Məktubda bildirilir ki, sentyabrın 27-dən etibarən başlayan hadisələri KOSGEB də diqqətlə izləyir. Ermənistanın mülki əhali arasında itkilərə yol açan təxribatını şiddətlə qınayan KOSGEB sədri Cəvahir Uzkurt Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün haqlı müdafiəsini dəstəklədiklərini qeyd edir: “Bu dönəmdə Azərbaycana dəstəyimiz tamdır”.

KOSGEB sədri Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, yaralılarımıza isə tez bir zamanda şəfa diləyib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.