Home » Türkiyənin müdafiə sənayəsi ixracında Azərbaycanın böyük payı var

Türkiyənin müdafiə sənayəsi ixracında Azərbaycanın böyük payı var

by bbnadm
0 comments 0 views 1 minutes read

Türkiyə Respublikası 2021-ci il üzrə ixracat göstəricilərini açıqlayıb. Hesabata istinadən, Türkiyədə 2021-ci ildə ixracatda 32.9%-lik artıma nail olunub. Belə ki, 2020-ci ildə 170 milyard dollar civarında dövr edən ixracat səviyyəsi 2021-ci ildə 225.36 milyard dollardan yüksək olub. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu barədə açıqlamasında, 2022-ci il üçün ixracın səviyyəsinin 250 milyard dollara qədər artırılmasının planlaşdırıldığını vurğulayıb. İqtisadi artım isə 5% civarında proqnozlaşdırılıb.

Türkiyənin 2021-ci ilin dekabr ayında ən çox məhsul ixrac etdiyi ölkələr Almaniya ($1.635 milyon), ABŞ ($1.327 milyon) və Birləşmiş Krallıq ($1.285 milyon) olub. Sözügedən ölkələrə ixracın 2020-ci ilin eyni dövrünə nisbətdə artım göstəricisi isə müvafiq olaraq 14%, 33% və 21% olub. Sektoral nöqteyi-nəzərdən isə, ixracda 2021-ci ildə ən böyük artım qeydə alınan sahə qiymətli daş-qaşlar olub. Belə ki, mücəvhər ixracı 2020-ci il ilə nisbətdə 79.5% artaraq 6.781 milyon dollar səviyyəsində qərarlaşıb.

Hesabatda diqqət çəkən başlıca sahələrdən biri müdafiə sənayəsi məhsullarının ixracıdır. 2021-ci ildə ixracatda 40%-dən çox artıma nail olan bu sektorun ümumi ixrac həcmi 3.224 milyon dolları ötüb. Müdafiə sənayəsi məhsullarının ixracında qeyd edilən ölkələrə nəzər saldıqda, Azərbaycanın ABŞ-dan sonra ikinci yerdə qərarlaşdığını görmək olar. 2020-ci ildə Türkiyədən 260.8 milyon dollar, 2021-ci ildə isə 202.2 milyon dollar həcmində hərbi texnika idxal edən ölkəmiz ümumi sektoral ixracın 6%-dən çoxunu özündə cəmləşdirir. Türkiyədən Azərbaycana hərbi sənayə məhsullarının ixracında başlıca yeri Bayraktar TB2 pilotsuz uçuş aparatı tutur.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.