Home » “Türkiyədə bankların yığım məhsulları üzrə təcrübəsi” adlı vebinar keçirilmişdir

“Türkiyədə bankların yığım məhsulları üzrə təcrübəsi” adlı vebinar keçirilmişdir

by bbnadm
0 comments 0 views 1 minutes read

24 noyabr 2020-ci il tarixində “Türkiyədə bankların yığım məhsulları üzrə təcrübəsi” adlı vebinar keçirilmişdir.

Məlum olduğu kimi, 31 oktyabr Beynəlxalq Əmanət Günü, həmçinin noyabr ayı Maliyyə Savadlılığı ayıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı və digər tərəfdaşların dəstəyi ilə ilə müxtəlif tədbirlər təşkil edilməkdədir.

Bu tədbirlərdən biri də Türkiyə Banklar Birliyinin təşkilati dəstəyi ilə Azərbaycan bank sektorunun və requlyatorun nümayəndələri üçün təşkil olunan “Türkiyədə bankların yığım məhsulları üzrə təcrübəsi” adlı vebinar olmuşdur.

Vebinarın təqdimatı prof. Dr. Sadi Uzunoğlu tərəfindən həyata keçirilmişdir. Qeyd edək ki, S. Uzunoğlu bir çox dövlət və özəl banklarda, Türkiyə Banklar Birliyi və Türkiyə Katılım Bankları Birliyi kimi təşkilatlarda on illərdir iqtisadiyyat, maliyyə və bank sektorunda təhsil verməkdədir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.