Bir həftə əvvəl Twitter-in 44 milyard dollarlıq rəsmi alışını başa çatdıran dünyanın ən varlı adamı Elon Musk noyabrın 4-də, iş həftəsinin son günündə şirkətin kütləvi, 50% işçiləri (ümumi 7.500 nəfərin yarısı) ilə yollarını ayırıb.
BBN.az ABC News TV kanalına istinadən xəbər verir ki, maraqlıdır ki, yeni rəhbər bu haqda işçilərə e-mail vasitəsilə məlumat verib.
E-mail-in mövzu hissəsində “Sənin Twitter-də rolun” yazılıb, e-mail içərisində isə “Bu gün sənin şirkətdə son iş günündür” qeyd edilib və sonluqda isə təkcə Twitter yazılıb.
Milyarder qeyd edib ki, aktivistlər Twitter-də reklamverən şirkətlər üzərində təzyiq yaratdığından gəlirlər kəskin enib.