Home » “Təchizat zəncirinin maliyyələşdirilməsi: platformanın yaradılmasında vacib məqamlar” mövzusunda təqdimat keçirilmişdir – Foto

“Təchizat zəncirinin maliyyələşdirilməsi: platformanın yaradılmasında vacib məqamlar” mövzusunda təqdimat keçirilmişdir – Foto

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

06 sentyabr 2024-cü il tarixində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə “Təchizat zəncirinin maliyyələşdirilməsi: platformanın yaradılmasında vacib məqamlar” mövzusunda təqdimat keçirilmişdir. 

ABA-nın dəstəyi ilə keçirilmiş təqdimatda təchizat zəncirinin maliyyələşdirilməsi üzrə platforma üçün modellər, maliyyə məhsulları, platformanın yaradılması, habelə maliyyə modelləri barədə təqdimat nümayiş edilmiş və bu istiqamətdə fikir mübadiləsi aparılmışdır.  

Tədbirdə IFC-dən infrastruktur məsələləri üzrə böyük mütəxəssis Tayfun Kucuk, maliyyələşdirmə üzrə böyük mütəxəssis Mohsin Aftab və hüquq və tənzimləyici məsələlər üzrə böyük mütəxəssis Monika Martin çıxışlar etmişlər. 

Məlumat üçün bildirək ki, daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə təchizat zəncirində əsasən kiçik və orta sahibkarlığın maliyyəyə çıxışının təkmilləşməsi üçün yeni həllər təqdim edir: bura faktorinq, əks faktorinq, invoysların diskountlaşdırılması, distributor maliyyəşdirməsi, debitor borclar/dövriyyədə olan mallar müqabilində kreditləşmə, alqı sifarişlərinin maliyyələşdirilməsi və başqa məhsullar daxildir və bu maliyyələşmədə debitor borclar, dövriyyədə olan mallar, maşınlar, avadanlıq və digər daşınar əmlaklar təminat kimi istifadə olunur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.