Nyu York Baş prokuroru Letitia James tərəfindən edilən açıqlamada Uber-in 290 milyon dollar, Lyft-in isə 38 milyon dollar ödəyəcəyi qeyd edilib.
BBN.az xəbər verir ki, açıqlamada qeyd edilib ki, şirkətlərin siyasətləri nəticəsində sürücülərin maaşları kəsilib və onların Nyu-York əmək qanunlarında nəzərdə tutulan hüquqlardan yararlanmasına mane olub.
Açıqlamada şirkətlər tərəfindən ödəniləcək məbləğin hamısının sürücülərin payına düşəcəyi, sürücülərin ödənişli xəstəlik məzuniyyəti, minimum saatlıq əməkhaqqı və digər hüquqlardan da yararlanacağı bildirilib.