Home » “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda 5-ci Forum keçirilib

“Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda 5-ci Forum keçirilib

by bbnadm
0 comment 0 views 2 minutes read

Noyabrın 23-də Bakıda İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda 5-ci Forum keçirilib.

Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində təşkil olunmuş forumda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd Musayev Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, ölkəmizin sabitliyinin təminatçısı olan Partiyaya və onun ali rəhbərliyinə uğurlar arzulayıb.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və iqtisadi islahatlar nəticəsində ölkəmiz son illərdə dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilmiş, əlverişli biznes mühiti formalaşdırılmışdır.

Bu tədbirlərin həyata keçirilməsində dövlətin prioritet istiqamətlərindən biri də ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir. Hazırda qadınlar dövlətin idarəolunmasından başlayaraq iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verirlər.

Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün ölkəmizdə həvəsləndirici və təşviqedici tədbirlər görülür. Onların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif təlimlərin təşkil olunması, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması bu tədbirlərdəndir.

M.Musayevin sözlərinə görə, ölkədə fəaliyyət göstərən və fərdi sahibkarlıqla məşğul olan qadınların sayı son illərdə əhəmiyyətli dərəcədə artmış və 266 mini ötmüşdür. Hazırda ölkədə fərdi sahibkarların 22 faizini qadınlar təşkil edir.

Qadınların məşğulluq imkanlarının artırılması, biznesə başlamaq və inkişaf etdirmək üçün onlara müvafiq mənbə və bacarıqların verilməsi sahəsində Azərbaycan hökuməti, həm yerli, həm də beynəlxalq Qeyri-Hökumət Təşkilatları, habelə Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən  bir sıra  tədbirlər həyata keçirilir.

Konfederasiyanın nəzdində 15 daimi komissiya fəaliyyət göstərir ki, onlardan biri də məhz Qadın sahibkarlığın inkişafı Komissiyasıdır.

Qadın sahibkarlığın inkişafı üzrə komissiyanın fəaliyyətinin real nəticəsi olaraq bu günədək xeyli sayda qadın iş adamı  Azərbaycan Sahibkarlar Konfederasiyasının ətrafında toplana bilmişdir. Konfederasiyanın  üzvlərinin 20 faizdən çoxu qadın sahibkarlardır. Onlar nəinki paytaxtda, ölkənin müxtəlif regionlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ölkəmizdə yeni iş yerlərinin açılmasına öz tövhələrini verirlər.

Bu günədək Azərbaycan Sahibkarlar Konfederasiyasının  yanında fəaliyyət göstərən Qadın sahibkarlığının  inkişafı üzrə komissiyanın xeyli sayda iclası keçirilmiş və bu iclaslarda qadın iş adamları ilə yanaşı, beynəlxalq ekspertlər də işrirak etmiş, onlar komissiyanın fəaliyyətinə maraqla yanaşmış, seminar və treninqlərin  təşkilinə  xüsusi dəstək vermişlər.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.