![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan 1 il ötəcək. Bu hücumdan sonra Rusiyanın pul vahidi rubl dollar və avro qarşısında tarixi aşağı səviyyəyə enmişdi. Mərkəzi Bankın səyləri və Rusiyanın təbii qaza görə xaricdən ödənişləri rubl ilə tələb etməsi valyutanı möhkəmləndirmişdi.
BBN.az Statista-nın analizinə istinadən xəbər verir ki, sanksiyalardan sonra Rusiya yanacağının alıcıları ABŞ və Qərbdən Asiya ölkələrinə dəyişmişdi, aparıcı istiqamət isə Çin idi. Dünyanın bir çox iqtisadiyyatları isə iki əsas ölkə olan Rusiya və Ukraynanın ixracından asılıdır, məsələn, buğda kimi. Üstəlik, Rusiya aluminiumun 6-cı ən böyük ixraçatçılarından və palladiumun aparıcı istehsalçılarından biridir.
Qeyd edək ki, NBC News tərəfindən bildirilib ki, Rusiyaya ABŞ və Qərb tərəfindən yeni sanksiyalar gözlənilir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə Münhen Təhlükəsizlik Konfransı (fevralın 17-19) çərçivəsində DW Business-ə bildirib ki, müharibə davam etdikcə Avropa Ukraynanı müdafiə edəcək.