Ukrayna və Rusiya arasında başlayan gərginlik dünya iqtisadiyyatını çalxaladığı kimi, ölkələrin öz daxili iqtisadiyyatlarına da kəskin təsir göstərib. Ukrayna ordusunun maddi-texniki təminatının balanslaşdırılması məqsədilə artıq bir çox fərqli ölkələrdən ianələr və yardımlar daxil olur.
Ukraynanın qeyri-hökumət təşkilatlarından olan və orduya böyük dəstəkləri ilə tanınan “Повернись живим” təşkilatı dünən kriptovalyuta və token formasında ümumilikdə 400 min dollar dəyərində ianə qəbul edib.
Bu barədə, blokçeyn və kriptovalyuta analitikası şirkəti “Elliptic” tərəfindən aparılan araşdırmada qeyd olunub. Araşdırmalara əsasən, son iki gündə ümumilikdə 317 ianə tranzaksiyası həyata keçirilib və ianələrin ortalama dəyəri 1000-2000 dollar arası dəyişib. Qeyd edək ki, Ukrayna hökuməti ötən həftə ölkədə kriptovalyutaların leqallaşdırılması ilə bağlı qanun layihəsini məclisdən keçirdib.
Fortune