Home » Ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımı dayandırılacaq

Ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımı dayandırılacaq

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində açıq məkandakı reklamlarda ulduz dərəcəsini düzgün qeyd etməyən hotellər və hotel olmayan yerləşmə vasitələri barəsində müzakirələr aparılıb.

Bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin “hotel” adından istifadə etməklə istehlakçı hüquqlarını pozmaları müəyyən edilib.

İstehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb.

Hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə bu istiqamətdə yaxın müddətdə görüləcək işlər haqqında fikir mübadiləsi edilib.

Bildirilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

İclasda DTA tərəfindən Bakı, Abşeron və Sumqayıtdakı hotellərə ulduz dərəcələrinin təyin edilməsi və sertifikatlaşdırılması prosesinin yekunlaşdığı vurğulanıb.

Qeyd edilib ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.