Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı - BBN

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico, müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək məqsədilə xüsusi kampaniyaya start verir. 25 may 2025-ci il tarixinədək qüvvədə olacaq kampaniya çərçivəsində Umico kredit xətti istifadəçiləri 12 ayadək müddətdə kreditlə edilən bütün alış-verişlərini komissiyasız həyata keçirmək fürsətindən yararlana biləcəklər.

Bu xüsusi təklif elektronika, məişət texnikası, geyim və digər kateqoriyalar üzrə yüzlərlə məhsulu əhatə edir. Müştərilər sevimli məhsullarını Umico market platformasında seçərək, sadəcə “Kreditlə al” düyməsini klikləyib şəxsi məlumatlarını daxil etməklə müraciətlərini tamamlaya bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3GV0CVK.

Qeyd edək ki, kampaniyadan həm yeni, həm də mövcud müştərilər yararlana bilərlər. 12 ayı keçən kredit müddətlərində isə komissiya faizləri əvvəlki qaydada qüvvədə qalır.

Kampaniyadan faydalanmaq üçün təqdim edilən ərizələrə cavab iş saatlarında 45 dəqiqə ərzində, qeyri-iş saatlarında isə növbəti iş günü saat 12:00-a qədər verilir.

Related posts

AMB ilə ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan IOSCO-nun Avropa Regional Komitəsinin illik yığıncağında təmsil olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı