Home » Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

by bbnadm
0 rəy 5 baxış 1 dəqiqə oxuma

13 mart 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası İctimai Birlikləri arasında Anlaşma Memorandumu imzalanmışdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.

“Bu əməkdaşlıq sosial və ekoloji yönümlü fəaliyyətin sistemli şəkildə, institusional əsasda davam etdirilməsinə yönələn könüllü davranış mədəniyyətinin inkişafına, ətraf mühitin qorunmasına dəstək istiqamətində korporativ məsuliyyətin daha dərindən dərk edilməsinə, bütövlükdə ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində qoyulan hədəflərə nail olunmasına töhfə verəcək”, – deyə məlumatda qeyd olunub.

https://www.youtube.com/watch?v=_8YIdzeEsoU

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.