
Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və İnsan Məskunlaşması Proqramı (UN-Habitat) İcraçı direktoru Anaklaudiya Rossbax bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə yaxın gələcəkdə Qarabağda iki kəndin yenidən qurulması üçün xüsusi planların hazırlanmasına başlanacaq.
Məqsəd icmanın əsas infrastruktur, mənzil, ictimai xidmətlər və yaşıllıq sahələri ilə bütövlükdə inkişafını təmin etməkdir.
O vurğulayıb: “Biz Azərbaycan hökumətini dəstəkləməyə çox həvəsliyik, öz təcrübəmizi istifadə edir və qlobal mövcudluğumuzu regionda birləşdiririk. Eyni zamanda, hər prosesdən öyrənirik, çünki hər bir mərhələ yeni təcrübədir.”
Mənbə: Report.az




