Home » UNEC ilə “Ernst & Young Azerbaijan” (EY) arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC ilə “Ernst & Young Azerbaijan” (EY) arasında əməkdaşlıq memorandumu imzalanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

UNEC ilə “Ernst & Young Azerbaijan” (EY) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.

UNEC rektoru, professor Ədalət Muradov və “EY Azerbaijan”ın rəhbəri İlqar Vəliyev arasında imzalanan sənədin məqsədi tərəflər arasında əməkdaşlığın səmərəliliyini, eləcə də tələbələrin praktiki vərdişlərinin formalaşmasında EY şirkətinin töhvəsini artırmaq olub.

Memorandumda birgə təlim və seminarların təşkili, müvafiq ixtisaslaşma, təkmilləşdirmə və ikinci ixtisas proqramlarının hazırlanması, tələbələrin “EY Azerbaijan”da istehsalat və sahə təcrübəsi keçməsi, tədqiqatlara metodoloji yardım göstərilməsi, birgə biznes layihələrin hazırlanması, sahibkarlıq subyektləri ilə görüşlər təşkili, maliyyə mənbələri və qeyri-neft sektorları üzrə məlumat mübadiləsi, magistr və fəlsəfə doktoru dissertasiyaları üçün mövzular sifariş etmək və s. istiqamətdə əməkdaşlıq nəzərdə tutulub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.