Home » Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb

Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Unibank” KB ASC 2022-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Rüb ərzində qazanılmış faiz gəlirləri 37 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 11 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 50%, faiz gəlirləri isə 44% artıb.   

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, birinci rübdə “Unibank”ın aktivlərinın həcmində 36 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 75milyonmanat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 102 milyon manat olub.

2022-ci ilin ilk rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmiötən ilin müvafiq dövrü ilə müqayisədə bu rüb 47% artıb. Rüb ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 64milyon manat təşkil edib. Təkcə dövlət fondları  hesabına maliyyələşən kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 1,2 milyon manat olub.  

Ötən rüb ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk rübdə 11 milyonmanat artaraq, 31 mart 2022-ci il tarixinə 470 milyon manat təşkil edib.

Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 2022-ci ilin ilk rübü ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu ilin birinci rübünün sonunda təkcə Visa və Mastercard debet kartları 46 % artaraq 770 mini keçib.

Ötən ilik ilk 3 ayına nəzərən, Unibank kartları ilə nağdsız dövriyyə bu ilin ilk 3 ayında 3 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk 3 ayında nağdsız dövriyyə 92,4 milyon manat olduğu halda bu ilin eyni dövründə 338,3 milyon manat təşkil edib.

Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə “Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. İlin sonunda UBank mobil əlavəsinin istifadəçi sayı 1,4 milyona çatıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin birinci rübündə mobil tətbiq vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb.

Unibank-Sənin Bankın!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.