Unibank biznesin ən məhsuldar dövrü olan Baharın gəlişi münasibətilə mikro və kiçik sahibkarlar üçün kampaniya keçirir. Novruz çərşənbələrinə həsr olunmuş “4 çərşənbə” kampaniyası, biznes sahiblərinə istəklərinə görə seçim imkanı yaradır. Novruz çərşənbələrinin adlarına uyğun hazırlanan dörd paketin hər biri sahibkarların istəklərinə uyğun hazırlanıb. Biznes sahibi özünə ən sərfəli olan paketi seçə bilər. “4 çərşənbə” kampaniyası martın 31-dək davam edəcək.
Kampaniyanın şərtləri aşağıdakı kimidir:
Su çərşənbəsi:
–0% komissiya;
-15000 AZN-dək kreditin gəlirli zamin olmadan verilməsi;
– 9 ayadək güzəşt müddəti.
Od çərşənbəsi:
-Cari faizə 4%-dək endirim;
-Son 3 ayın faizlərinə güzəşt;
-9 ayadək güzəşt müddəti.
Yel çərşənbəsi:
-0% komissiya;
-Son 3 ayın faizlərinə güzəşt;
-9 ayadək güzəşt müddəti.
Torpaq çərşənbəsi:
-0% komissiya;
-Cari faizə 4% -dək endirim;
-9 ayadək güzəşt müddəti.
“Unibank”ın sərfəli Bahar kampaniyasından faydalanın, biznesiniz Novruz kmi bərəkətli olsun!
“Unibank”ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank)əldə etmək olar.
Unibank – Sənin Bankın!